- Baxış sayı: 4
- 05 Noyabr 2026 19:14
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sabah”ın UEFA çempionlar liqasının əsas mərhələsindəki rəqibi “Barselona” baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında cari mövsümdə keçirdiyi ilk 15 rəsmi matçda 60 qol vurub.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi IV turda “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edərək bu göstəriciyə çatıb. Qollardan ikisini Rafinya, birini isə Lamin Yamal vurub.
“Barselona” sonuncu dəfə 1926/1927 mövsümündə ilk 15 matçda 69 qol vurmuşdu.
“Sabah” – “Barselona” görüşü noyabrın 25-də saat 21:45-də Bakı olimpiya stadionunda keçiriləcək.