İlk oyunçu oldu

İlk oyunçu oldu

NBA-də “San Antonio Spurs” doğma meydanda “Dallas Mavericks”ə 112:111 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, görüşün əsas qəhrəmanı “Spurs”un ulduzu Viktor Vembanyama olub.

O, 52 xal, 24 götürmə və 8 blokla çıxış edərək karyera rekordunu yeniləyib. Fransalı basketbolçu NBA tarixində bir oyunda bu statistik göstəricilərə çatan ilk oyunçu olub.

Vembanyama fasiləyə qədər 29 xal, 15 götürmə və 5 blokla yadda qalıb.

Həmin kateqoriyadan