“2-ci hissədə daha çox imkanımız oldu”

“Məzmunlu oyun oldu. Təlim-məşq toplanışına yeni başlamışıq. İlk günlər həmişə ağır keçir. Bəzi futbolçular qış fasiləsindən sonra ilk matçına çıxıblar”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Polşanın “Qurnik” klubunun baş məşqçsi Kamil Keres deyib. O, “Zirə” ilə yoxlama matçında (2:2) nəticəyə belə münasibət bildirib::

“İlk hissə gərgin keçdi. Çoxlu qayda pozuntuları, mübahisəli epizodlar oldu. Ümumiyyətlə, yaxşı oynadıq, lakin topa nəzarət etmək həmişə mümkün olmur. 2-ci hissədə daha çox imkanımız oldu. Hələ ki, qalib gələ bilmirik, amma uduzmuruq da. Bizim hələ çox işimiz var”.

Həmin kateqoriyadan