- Baxış sayı: 7
- 10 Avqust 2026 22:46
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0

Ölkə kubokunun 1/4 finalının ilk görüşündə “Sabah” səfərdə “Neftçi” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu söyləyib:
“Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik və 2-ci toplarda rəqibə uduzmağa başladıq. Yaxşı qol vurduq.
Bir neçə əla hücum təşkil etsək də, bunları qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Hələ heç nə dəyişməyib, şanslar yenə bərabərdir””.