- Baxış sayı: 31
- 06 Avqust 2026 11:51
- Baxış sayı: 169
- Avqust 05, 2026
- 0

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XXV turuna təsadüf edib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.
Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.
“Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.