- Baxış sayı: 14
- 23 Sentyabr 2026 23:24
- Baxış sayı: 156
- Sentyabr 23, 2026
- 0

“İnter”in argentinalı hücumçusu Lautaro Martines İtaliya “A” seriyasının ən dəyərli futbolçusu adını qazanıb.
Allsport.az xəbər verir ki, “Transfermarkt” portalı 29 yaşlı hücumçunun bazar dəyərini 85 milyon avro olaraq yeniləyib.
Siyahının ikinci pilləsində “Komo”nun gənc yarımfəalçısı Nikolas Pas (80 milyon avro), üçüncü yerində isə “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız (75 milyon avro) qərarlaşıb. İlk beşliyi Alessandro Bastoni (65 milyon avro) və Rasmus Hoylund (60 milyon avro) tamamlayırlar.
İtaliya çempionatında keçirilən 5 turdan sonra “Roma”, “İnter” və “Latsio” hərəyə 13 xal toplayaraq turnir cədvəlinin zirvəsini bölüşürlər.