“Neftçi” bəyanat yaydı

“Neftçi” bəyanat yaydı

“Neftçi”, “Qaradağ Lökbatan” futbol komandasının ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Allsport.az xəbər verir ki, bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı klubdan bildirilib ki, “Qaradağ Lökbatan peşəkar futbol klubu” MMC-nin ləğvi barədə sentyabrın 22-də vergilər.az saytında dərc olunan elan “Neftçi” idman klubunun tərkibində fəaliyyət göstərən “Qaradağ Lökbatan” futbol komandasına aid deyil.

Açıqlamada qeyd olunub ki, sözügedən MMC “Neftçi” odman klubunun təsisçisi, törəmə qurumu və ya struktur bölməsi deyil.

Bildirilib ki, ad oxşarlığı səbəbindən yaranan yanlış anlaşılmalara baxmayaraq, “Neftçi” idman klubunun tərkibindəki “Qaradağ Lökbatan” fəaliyyətini adi rejimdə davam etdirir və komandanın ləğvi ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Həmin kateqoriyadan