- Baxış sayı: 24
- 23 Sentyabr 2026 21:07
- Baxış sayı: 138
- Sentyabr 23, 2026
- 0

“Ferrari”nin pilotu Şarl Lekler Azərbaycan qran prisindəki gözləntilərindən danışıb.
Allsport.az xəbər verir ki, monakolu sürücü Bakıdakı trasda sıralanma turunda güclü çıxış etsələr, yarışda da yaxşı nəticəyə ümid edə biləcəklərini bildirib:
“Bu il sıralanma turu avtomobilimizin ən çox çətinlik çəkdiyi sahədir. Əgər sıralanmada öndə olsaq, yarış üçün ümidlərim artacaq. Bakı mənim zövq aldığım trasdır və burada şənbə günləri yaxşı çıxış etmişəm. Amma yarışlar daha çətin keçib. Ümid edirəm ki, bu il bunu dəyişə bilərik”.
Lekler “Ferrari”nin yay fasiləsindən sonra əvvəlki tempində olmamasından da söz açıb:
“Bunun yalnız trasla bağlı olduğunu demək düzgün olmaz. “Maklaren” böyük addımlar atıb və artıq bizə daha yaxın görünür. “Mersedes” isə mövsümün əvvəlindən etibarən istənilən trasda əsas rəqib olaraq qalır”.
O, komanda yoldaşı Luis Hamiltonla trasdakı mübarizələrini də dəyərləndirib:
“Luislə mübarizə aparmaqdan zövq alıram. Formula-1-də ən yaxşılarla yarışmaq həyəcanvericidir və Luis də şübhəsiz ki, ən yaxşılar arasındadır. Bəzən mən, bəzən də Luis həddi aşmışıq. Amma əsas məsələ danışmaqdır. Hər ikimiz qalib gəlmək istəyirik, eyni zamanda “Ferrari”nin uğur qazanmasını arzulayırıq”.