ABŞ millisinin sabiq məşqçisi 47 yaşında vəfat edib

ABŞ millisinin sabiq məşqçisi 47 yaşında vəfat edib

ABŞ basketbol millisinin sabiq köməkçi baş məşqçisi Kris Spatola 47 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.

Spatola ABŞ millisinin sabiq baş məşqçisi Mayk Kşijevskinin kürəkəni olub. O, Kşijevskinin rəhbərliyi altında 2008-ci il Pekin olimpiadasında və 2010-cu il dünya çempionatında məşqçilər korpusunda yer alıb.

2015-ci ildən televiziya eksperti kimi fəaliyyət göstərən Spatola ailəli olub və üç övladı var.

Həmin kateqoriyadan