- Baxış sayı: 24
- 23 Sentyabr 2026 21:07
- Baxış sayı: 138
- Sentyabr 23, 2026
- 0

“Red Bull”un pilotu İsak Həcər Formula-1 üzrə Azərbaycan qran prisində iştirak edəcək.
Allsport.az xəbər verir ki, fransalı pilot biləyindəki zədədən sonra Bakıdakı yarışda sükan arxasına qayıtması ilə bağlı danışıb.
Həcər bildirib ki, artıq yarışmağa kifayət qədər hazırdır:
“Biləyimin xarici hissəsində kiçik sınıq var. Əməliyyata ehtiyac olmadı və sağalması bir qədər vaxt apardı. Artıq təxminən altı həftə keçib və biləyim gərginliyə tab gətirəcək qədər güclüdür. Simulyatorda test keçirdim və hər şey yaxşı oldu. Bu baxımdan özümü hazır hiss edirəm”.
Pilot son üç yarışda iştirak etmədiyi müddətdə ən çox rəqabəti darıxdığını söyləyib:
“Sadəcə rəqabət üçün darıxmışam. Trasda təzyiq və mübarizə üçün. Yarışdan kənarda qalanda həyat bir qədər monoton və darıxdırıcı görünür. İndi mübarizəyə qayıtmaq yaxşıdır”.
Hədjar qarşıdakı həftəsonu üçün xüsusi məqsəd müəyyənləşdirmədiyini də qeyd edib:
“Maşın rəqabətlidir. Sadəcə öndəki pilotlarla mübarizənin içində olmaq istəyirəm. Məqsədim budur”.