- Baxış sayı: 23
- 23 Sentyabr 2026 21:07
- Baxış sayı: 136
- Sentyabr 23, 2026
- 0

“Uilliams”ın pilotu Aleks Albon Azərbaycan qran prisi öncəsi komandasının yeniliklərindən danışıb.
Allsport.az xəbər verir ki, taylandlı sürücü Bakıdakı yarışda avtomobilə ciddi yeniliklər gətirildiyini və bunun nəticələrə təsir göstərə biləcəyini bildirib.
“Yeniliklər işləsə, əhəmiyyətli olacaq. Kağız üzərində nəyə qadir olduğunu bilirik. Çəki məsələsi bizim üçün böyük mövzu idi və normalda çəkinin azalması zəmanətli üstünlükdür. Zavodda böyük iş görülüb. Mövsümün ortasında şassi dəyişmək asan deyil”.
Albon Bakı trasının “Uilliams” üçün uyğun olduğunu da qeyd edib:
“Bura bizim avtomobilə uyğun trasdır. Ümumiyyətlə, avtomobilimiz bordürlər üzərində yaxşıdır və 90 dərəcəlik döngələrdə özümüzü rahat hiss edirik. Uzun döngələri sevmirik, qısa döngələr isə bizə uyğundur. Bakı əsasən qısa döngələrdən ibarətdir”.
Pilot əsas hədəfin orta qrupda mübarizə aparmaq olduğunu söyləyib:
“Ümid edirəm ki, orta qrupun yuxarı hissəsində, “Red Bull”, “Alpin” və “Audi” ilə mübarizə apara biləcəyik. Əvvəlki yarışlarda onlardan kifayət qədər uzaq idik. Buna görə də qarşıda böyük addım atmalıyıq”.