- Baxış sayı: 22
- 23 Sentyabr 2026 20:31
- Baxış sayı: 135
- Sentyabr 23, 2026
- 0

“Maklaren” pilotu Oskar Piastri Azərbaycan qran prisi öncəsi Bakı trası barədə fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, avstraliyalı sürücü burada həm ən yaxşı, həm də ən pis yarışlarından birini keçirdiyini deyib.
“Bu trasla münasibətim müəyyən mənada sevgi-nifrət münasibətidir. Yəqin ki, karyeramın ən yaxşı yarışı burada olub, ən pis yarışım da. Ona görə də Bakı həmişə hadisələrlə yadda qalır”.
Piastri builki avtomobillə bağlı problemlərin həlli istiqamətində irəliləyiş olduğunu söyləyib:
“İrəliləyiş var, amma bu, xətti şəkildə getmir. Bəzi şeyləri tapırsınız, bəzi istiqamətlərin isə işləmədiyini görürsünüz. Əsas məsələ dayanmaq deyil. Müxtəlif variantları sınayırıq və bəziləri işləyir”.
O, builki avtomobildə əvvəlki illərdə ona kömək edən sürüş tərzinin hər zaman effektli olmadığını vurğulayıb:
“Bu il əvvəlki avtomobillərdə mənə kömək edən bir çox şey işləmir. Fərqli yanaşmalar tapmaq lazımdır. Hər yarışda vəziyyət bir qədər dəyişir və buna uyğunlaşmalısınız”.