- Baxış sayı: 46
- 24 Sentyabr 2026 18:46
- Baxış sayı: 61
- Sentyabr 24, 2026
- 0

“Neftçi” basketbol komandası FİBA Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, Bakı təmsilçisi Estoniyanın “Parnu” kollektivi ilə qarşılaşıb.
Bakı idman sarayında təşkil olunan görüş “Neftçi”nin 80:67 hesablı qələbəsi ilə başa çatıb.
Cavab oyunu sentyabrın 30-da keçiriləcək.
Cütün qalibi turnirin əsas mərhələsində “H” qrupunda “Oradea” (Rumıniya), “Fribourq Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) ilə mübarizə aparacaq.