- Baxış sayı: 11
- 23 Sentyabr 2026 13:35
- Baxış sayı: 263
- Sentyabr 17, 2026
- 0

“Kolumbus Kryu” ikinci komandasının baş məşqçisi Federiko İquain vəzifəsindən azad edilib.
Allsport.az xəbər verir ki, qərara səbəb argentinalı mütəxəssisin MLS next pro-da “Hantsvill Siti” ilə oyundan sonra qadın hakimlə yaşadığı insident olub.
Avqustun 23-də baş tutan qarşılaşmadan sonra İquain əl sıxma zamanı hakimin əlini sıxaraq buraxmayıb. Hakim üç dəfə bunu dayandırmasını istəsə də, məşqçi “Unutma, bu kişi oyunudur” deyib. O, hadisəyə görə qırmızı vərəqə alıb və 2 oyunluq cəzalandırılıb.
Klubun baş meneceri İssa Tall bildirib ki, əlavə müzakirələrdən sonra İquainin klub məşqçilərinə qoyulan tələblərə uyğun gəlmədiyi qənaətinə gəliblər.
Federiko İquain “Real”, “Yuventus” və Argentina millisinin sabiq hücumçusu Qonsalo İquainin böyük qardaşıdır.