- Baxış sayı: 28
- 23 Sentyabr 2026 14:05
- Baxış sayı: 264
- Sentyabr 17, 2026
- 0

Formula-1 komandası “Red Bull” Azərbaycan qran prisi ərəfəsində İsak Həcərlə müqavilənin müddətini uzatdığını açıqlayıb.
Allsport.az xəbər verir ki, yeni müqaviləyə əsasən fransalı pilot 2027-ci il mövsümündə də Avstriya komandasında çıxış edəcək.
Həcər cari mövsümün əvvəlində “Red Bull”a qoşulub. O, Yuki Tsunodanı əvəzləyərək 4-qat dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olub. Fransalı pilot cari çempionatda mütəmadi olaraq xal toplayıb və Monako qran prisində üçüncü yeri tutub.
Həcər biləyindən aldığı zədə səbəbindən son üç mərhələni buraxıb. 21 yaşlı pilotun qarşıdakı həftəsonu keçiriləcək Azərbaycan qran prisində mübarizəyə qayıtması gözlənilir.
O, “Red Bull”un gənc pilotlar proqramının yetirməsidir. O, 2025-ci ildə “Racing Bulls” komandasının heyətində Formula-1-də debüt edib və Niderland qran prisində ilk uğurunu qazanıb.