TGF başqanı BBA prezidenti ilə görüşüb. Onu həmyerlimiz Əjdər Cəfərov müşayiət edib

TGF başqanı BBA prezidenti ilə görüşüb. Onu həmyerlimiz Əjdər Cəfərov müşayiət edib

Allsport.az saytı xəbər verir ki, Türkiyə güləş federasiyasının (TGF) başqanı Taxa Ağgül, Beynəlxalq boks assosiasiyasının (BBA) prezidenti Umar Kremlyov ilə görüşüb. O bu barədə öz İnstaqram hesabında yazıb. Rio yay olimpiya oyunlarının qalibi, 3-qat dünya və 11-qat Avropa çempionunu TGF-nin Beynəlxalq nümayəndəlik və xarici əlaqələr direktoru Əjdər Cəfərov müşayiət edib.

Tərəflər qardaş ölkədə keçiriləcək yeni güləş tədbirləri ilə bağlı fikir mübadiləsi aparıblar. Sonda ünlü bahadır bunu yazıb: “Bizimlə görüşmək üçün vaxt ayırdığına görə prezident Umar Nəzər oğlu Kremlyova səmimi təşəkkürümüzü bildirmək istərdik”.

Həmin kateqoriyadan