“Bakıda əsas məsələ finişə çatmaqdır”

“Bakıda əsas məsələ finişə çatmaqdır”

“Kadillak” pilotu Serxio Peres Azərbaycan qran prisinin onun üçün uğurlu keçməsinin səbəblərindən danışıb.

Allsport.az xəbər verir ki, meksikalı sürücü Bakı trasında iki dəfə qalib gəldiyini xatırladıb.

“İlk növbədə finişə çatmaq lazımdır. Buna nail olsanız, həmişə yaxşı imkanlar yaranır. Bundan başqa, burada özünəinam çox vacibdir. Səhvə yol vermədən hücum etməyi bacarmalısınız. Xüsusilə yarış günü külək güclənir və bu, hər şeyi çətinləşdirir”.

Peres “Kadillak”ın hazırkı vəziyyətini də dəyərləndirib:

“Hazırda avtomobilimizdə hava müqaviməti çoxdur və bu, əsas zəif tərəflərimizdən biridir. Ona görə də möcüzə gözləmirəm. Ümid edirəm ki, yeni “Ferrari” mühərriki ilə mübarizənin içində ola bilərik”.

O, mövsümün qalan hissəsində əsas məqsədin komandanı 2027-ci ilə hazırlamaq olduğunu bildirib:

“Strategiya, pit-stoplar və həftəsonunun bütün detalları baxımından ən yaxşı yarışlarımızı keçirməliyik. Avtomobil gələndə uğur qazana bilməyimiz üçün komandanın hazır olmasını təmin etmək əsas prioritetdir”.

Həmin kateqoriyadan