“Qələbə uğrunda mübarizə apara biləcəyimə əminəm”

“Qələbə uğrunda mübarizə apara biləcəyimə əminəm”

“Mersedes” pilotu Corc Rassel Azərbaycan qran prisində yaxşı nəticə qazanacağına ümid etdiyini bildirib.

Allsport.az xəbər verir ki, britaniyalı sürücü Bakı trasında son dörd yarışın üçündə podiuma yüksəlib.

O, bu mərhələni sevdiyini dilə gətirib:

“Bu trasdan zövq alıram. Çox çətin yerdir, çoxlu əyləclənmə zonaları və dar döngələr var. Şərait də müəyyən təsir göstərir. Amma bura xoşuma gəlir və yaxşı yarışdır”.

Rassel builki avtomobildə özünü əvvəlkindən daha rahat hiss etdiyini söyləyib:

“Son yarışlarda özümü daha yaxşı hiss edirəm. Yarış tempi baxımından əvvəl zəif idik, amma yay fasiləsindən sonra hər yarışda mübarizənin içində olmuşuq. İndi yaxşı nəticələr uğrunda mübarizə apara biləcəyimə daha çox inanıram”.

Çempionluq mübarizəsi ilə bağlı danışan Rassel hər yarışda maksimum nəticəyə çalışacağını qeyd edib:

“Mövsümün sonuna qədər hər yarışda mübarizə aparacağam. Riyazi baxımdan mümkün olmadığı ana qədər davam edəcəyəm. Məqsədim hər yarışı qazanmaq və hər sıralanma turunda poul əldə etməkdir. Hazırda əsas prioritet performansdır”.

Həmin kateqoriyadan