- Baxış sayı: 66
- 04 Noyabr 2026 23:41
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Belçikanı təmsil edən çeçen MMA döyüşçüsü Alvi Dasuyev UFC ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, o, Deyna Uaytın “Contender Series” turnirində qazandığı qələbədən sonra təşkilatın müqaviləsini əldə edib.
Yarımorta çəki dərəcəsində mübarizə aparan Dasuyev Ceyden Orteqanı hakimlərin yekdil qərarı ilə məğlub edib – 30:27, 30:27, 29:28.
Üç raundun ardından UFC prezidenti Deyna Uayt hər iki döyüşçüyə müqavilə təklif edib.
Dasuyev karyerasında keçirdiyi 10 döyüşün hamısında qələbə qazanıb.