- Baxış sayı: 59
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşib.
Allsport.az xəbər verir ki, La liqa təmsilçisi bu vəzifəyə Xavyer Agirreni təyin edib.
67 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Sözləşmədə daha bir il uzatma bəndi də yer alıb.
Agirrenin son iş yeri Meksika millisi olub. O, daha əvvəl “Atletiko”, “Espanyol”, “Leqanes” və “Malyorka” kimi İspaniya klublarına, həmçinin Yaponiya və Misir millilərinə rəhbərlik edib.
“Valensiya” La liqanın ilk 7 turundan sonra 19-cu pillədə qərarlaşıb. Komanda mövsümə Karlos Korberanın rəhbərliyi altında başlayıb, 5 turdan sonra isə müvəqqəti olaraq Oskar Sançesə tapşırılıb.