- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Bu gün ARDNŞ-də AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə peşəkar futbol liqasının hesabatı dinlənilib. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan premyer liqası, həmçinin I və II liqalarda mövsümün gedişi barədə məlumat verib. O, icraiyyə komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.
Ardından Azərbaycan premyer liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda premyer liqanı tərk edəcək, əvəzində I liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
2024/2025-ci illər mövsümündə I liqada sonuncu yeri tutmuş klub II liqaya düşəcək, II liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I liqaya yüksələcək. I liqada 9-cu yeri və II liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I liqada mübarizə aparmaq hüququ qazanacaq. Cari mövsümün sonunda I liqadan premyer liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.
İcraiyyə komitəsində qərara alınıb ki, 2025/2026-cı illər mövsümündə premyer liqada sonuncu yeri tutan klub I liqaya düşsün, I liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer liqada 11-ci yeri və I liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda premyer liqada iştirak hüququ əldə edəcək.
2025/2026-cı illər mövsümündə I liqada sonuncu yeri tutan komanda II liqaya düşəcək, II liqada birinci yeri tutan komanda birbaşa I liqaya yüksələcək. I liqada 9-cu yeri tutan komanda II liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.