AFFA “Qarabağ”ı 2000 manat cərimələdi

AFFA “Qarabağ”ı 2000 manat cərimələdi

AFFA intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, iclasda premyer liqanın XX turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununda qonaqların azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2).

“Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra Ağdam klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimə edilir (maddə 73.3).

Həmin kateqoriyadan