Aftandil Hacıyev söyüşə görə qırmızı vərəqə alıb

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Sumqayıt”a səfərdə 0:2 hesabı ilə uduzduqları premyer liqanın 9-cu tur matçından sonra qırmızı vərəqə alıb.

Allsport.az xəbər verir ki, Hacıyevin cəzalanmasına səbəb qeyri-etik ifadə işlətməsi olub. Buna görə də, o, 10-cu turun “Qəbələ” ilə ev oyununda texniki zonada yer ala bilməyəcək.

“Sumqayıt”la görüşdə “Səbail”in futbolçusu Nikolas Raysel də qırmızı vərəqə alaraq, meydandan qovulub.

Həmin kateqoriyadan