“Ağır oyun oldu”

Azərbaycan premyer liqasının XXII turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunundan (0:0) sonra muxtar respublika klubunun baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, oyun barədə bunu deyib: “Ağır oyun oldu. Hər iki komanda mübarizə apardı. Təəssüf ki, yaratdığımız qol epizodlarını dəyərləndirə bilmədik. Bu görüşü unutmalı, növbəti matçlara baxmalıyıq.

Ramon Maçado bizim üçün vacib oyunçudur. Hücumları daha çox onun iştirakı ilə qururduq. Bu gün yeri görünmədi desəm, düzgün olmaz”.

Həmin kateqoriyadan