- Baxış sayı: 12
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi” PFK-nın əməkdaşları və veteran futbolçular qocalar evində olublar.
Allsport.az xəbər verir ki, paytaxt klubunun təşkilatçılığı ilə sosial xidmətlər agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan – İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.
Bayram abu-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub, futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələri təqdim olunub.
Sosial məsələlərdəki münasibətini nümayiş etdirən “Neftçi” bu cür layihələri daim diqqət mərkəzində saxlayır.