- Baxış sayı: 70
- 16 İyun 2026 18:31
- Baxış sayı: 88
- İyul 01, 2026
- 0

İyulun 1-də Milli paralimpiya komitəsində parabadmintonçularla görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Fransada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanan İbrahim Əliyev, həmin turnirdə iştirak edən yeniyetmə idmançımız Zəhra Salmanlı və millini baş məşqçisi Teymur Abbasov iştirak ediblər.
Söhbət zamanı turnirdə nümayiş etdirilən çıxışlar dəyərləndirilib, idmançıların yarışla bağlı təəssüratları dinlənilib. Eyni zamanda qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirə olub.
Həmçinin parabadminton üzrə ilk dəfə Los Anceles-2028 paralimpiya oyunlarına vəsiqə qazanmaq və həmin tarixi uğur ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə AMPK-in baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, idman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.