- Baxış sayı: 6
- 17 Yanvar 2025 10:56
- Baxış sayı: 421
- Yanvar 15, 2025
- 0
Azərbaycan premyer liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar olub.
Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bununla da “al qurdlar” 1-ci pilləyə yüksəliblər. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Ağ-qırmızılar” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Naxçıvan klubu premyer liqada 4-cü mövsümünü keçirir. Bir dəfə isə, komanda yarışı başa vurmayıb.