- Baxış sayı: 42
- 09 Aprel 2026 12:26
- Baxış sayı: 56
- Aprel 09, 2026
- 0

“Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin yeni tərkibdə müşahidə şurasının ilk iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda millət vəkili Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçiliblər.
Həmçinin agentliyin nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Tağızadə AMADA-nın icraçı direktoru təyin edilib. Oktyabrın 9-da Şəfəq Hüseynli agentliyin direktoru vəzifəsindən azad edilib.