- Baxış sayı: 52
- 15 May 2025 11:21
- Baxış sayı: 104
- May 21, 2025
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə, Avropa gənclər yay olimpiya festivalının missiya rəhbərlərinin görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, 40-dan çox ölkənin iştirak etdiyi görüşdə ölkəmizi Milli olimpiya komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib.
MOK-un mətbuat xidmətindən verilən məlumata görə, festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin təşkilati məsələləri, atletərin yeləşdirilməsi və yaradılan şəraitlə də bağlı müzakirələr aparıblar.
Azərbaycan komandası 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə yarışlarda iştirak edəcək.
XVIII Avropa gənclər yay olimpiya festivalı 20-26 iyulda Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək.