- Baxış sayı: 62
- 18 Aprel 2025 21:09
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
14-16 martda keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin son günü də maraqlı mübarizə şəraitində keçib. Allsport.az xəbər verir ki, Şüvəlanda yerləşən ağırlıqqaldırma akademiyasında təşkil olunan yarışda daha 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
15 yaşa qədər olan oğlanların yarışı:
67 kq çəki dərəcəsində Hikmət Məhərrəmov toplamda 203 kq (85 kq+ 118 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kq çəki dərəcəsində Lətif Əliyev toplamda 205 kq (95 kq + 110 kq) nəticə ilə birinci olub.
Yeniyetmələrin yarışı:
67 kq çəki dərəcəsində Kamran Xappayev toplamda 235 kq (108 kq + 127 kq) nəticə ilə qalib adını qazanıb.
73 kq çəki dərəcəsində Əbdülhüseyn Hüseynov toplamda 241 kq (108 kq + 133 kq) nəticə ilə qalib adını qazanıb.