- Baxış sayı: 29
- 17 İyun 2025 18:39
- Baxış sayı: 74
- İyun 17, 2025
- 0
Formula-1 üzrə dünya çempionatı çərşivəsində Qatar hava yolları Azərbaycan mükafat yarışına hazırlıq davam edir. Allsport.az saytı xəbər verir ki, bu il Bakı şəhər halqasında 2 əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.
Artıq prossə başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan qran prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.
Formula-1 ötüşməsini ötən il 4 gün ərzində tribunalardan canlı olaraq 76000-dən çox azarkeş izləyib.
Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
Xatırladaq ki, Azərbaycan mükafat yarışı 19–21 sentyabrda keçiriləcək.