- Baxış sayı: 34
- 23 Yanvar 2025 16:54
- Baxış sayı: 80
- Yanvar 23, 2025
- 0
Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-illiyi münasibətilə Savalan dağının ən yüksək zirvəsinə çıxıb. Arazın o tayında Ərdəbil şəhəri yaxınlığında, dəniz səviyyəsindən 4 min 811 metr yüksəkliyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə həyata keçib.
Allsport.az saytı xəbər verir ki, avqustun 25-də Bakıdan yola çıxan bizimkilərə Güney Azərbaycandan olan dağçılar da qoşulublar.
Savalan zirvəsinə yürüş avqustun 27-də uğurla başa çatıb. Zirvəyə çatan alpinistlər orada Azərbaycan bayrağını dalğalandırıblar.
Qeyd edək ki, alpinistlər Cümhuriyyətin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə də yürüş ediblər.