- Baxış sayı: 114
- 17 Aprel 2026 18:40
- Baxış sayı: 61
- Aprel 21, 2026
- 0

Gənclər və idman nazirliyi, Bakı şəhər halqası əməliyyat şirkəti və Mükəmməl döyüş çempionatı (UFC) ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.
Allsport.az saytı xəbər verir ki, dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə sözləşmə 2028-ci ilədək nəzərdə tutulub. Beləliklə, hər dəfə Bakıda UFC-nin tədbirlərinin keçiriləcək. Bu çərçivədə iyunun 27-sində Milli gimnastika arenasında döyüş gecəsi təşkil olunacaq.
Ötən ilin iyun ayında “Büllur” sarayda keçirilən UFC-nin debüt yarışında 14 mindən çox tamaşaçını bir araya gəlib.
Las Veqasda keçirilən görüş zamanı idman naziri Fərid Qayıbov UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə əldə olunan uğurun davamı, eləcə də tərəfdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.