- Baxış sayı: 26
- 10 İyul 2026 21:45
- Baxış sayı: 102
- İyul 10, 2026
- 0

Münhendə keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa çempionatında Azərbaycan millisinin üzvləri uğurlu çıxışlarını davam etdirirlər.
Allsport.az xəbər verir ki, yığmanın dörd üzvü yarışın növbəti günündə şəxsi rekordlarını yeniləyib.
Qızların 100 metr sərbəst üsulla üzmə yarışında Məryəm Cavadova məsafəni 59.18 saniyəyə qət edərək əvvəlki ən yaxşı göstəricisi olan 1:00.31-i geridə qoyub.
Oğlanların 400 metr qarışıq üsulla yarışında Yeqor Maynitski 4:34.48 nəticə göstərərək əvvəlki şəxsi rekordunu (4:43.61) yeniləyib.
Qızların 800 metr sərbəst üsulla üzmə yarışında Anastasiya Qnusina 9:27.88 nəticə ilə əvvəlki ən yaxşı göstəricisini (9:31.88) yaxşılaşdırıb.
Oğlanların 800 metr sərbəst üsulla yarışında isə Fərhad Şirməmmədli 8:30.21 nəticə göstərərək əvvəlki şəxsi rekordunu (8:36.04) yeniləyib.
Qeyd edək ki, 7–12 iyul tarixlərində keçirilən Avropa çempionatında Azərbaycan millisi 7 idmançı ilə təmsil olunur. Komandanın baş məşqçisi Luka Qabrilo, məşqçiləri isə Rəşad Əliyev və Ruslan Hətəmxanovdur.