- Baxış sayı: 24
- 16 Aprel 2026 10:24
- Baxış sayı: 139
- Aprel 14, 2026
- 0

Türkiyə regional həvəskarlar liqasının 25-ci turunun matçında səfərdə “Yaşıl Çinarspor”un qonağı olan “Viven Bornova” 1:1 hesablı heç-heçə edib. Qonaqlar çempionluq yolunda ciddi zədə alıblar.
Allsport.az xəbər verir ki, 38-ci dəqiqədə Musdafa Tehran meydan sahiblərini 1:0 önə çıxarıb.
Çox keçmədən qonaq komandanın müdafiəçisi Fırat 48-ci dəqiqədə hesabı bərabərləşdirib (1:1).
Yüksək gərginliklə keçən qarşılaşmanın final fiti ilə hər 2 komandanın tərəfdarları bir-birinə daşla hücum ediblər. Polisin müdaxilə etməsi nəticəsində gərginliyin qarşısı alınıb.