- Baxış sayı: 40
- 21 Aprel 2026 18:00
- Baxış sayı: 83
- Aprel 21, 2026
- 0

“Neftçi” premyer liqasının 20-ci turunda öz meydanında Zirənin eyni adlı komandasını 1:0 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf qələbəyə bu şərhi verib:
“Nəticədən razıyam. Bəzi zədəli futbolçuların bizə qoşulmasına sevinirəm. Yeni legionçuların da oyunlarından razı qaldım. Oyundan-oyuna yaxşı olmağımızı bilirik.
Sabitliyi qoruyub saxlamaq üçün futbolçular lazım. Üstəlik, davamlılıq olmalıdır. Eyni heyət 5-6 oyun mübarizəyə hazır olmalıdır. Bununla paralel, ehtiyat skamya da geniş olmalıdır”.