“Luis Enrikeni dəvət etmək mənim ən yaxşı qərarım idi”

PSJ prezidenti Nasei Əl-Xelayfi baş məşqçi Luis Enrikeni tərifləyib. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm ispaniyalı mütəxəssisin rəhbərliyi ilə Paris təmsilçisi 1-ci divizionu, Fransa kubokunu və çempionlar liqasını qazanaraq trebl edib.

“Ən yaxşı qərarım Luis Enrikeni baş məşqçi, Luis Kamposu isə idman direktoru vəzifəsinə dəvət etmək idi. Onlar bütün lazımi keyfiyyətlərə malikdirlər. Onlar fantastik iş görürlər – və məsələ təkcə keçən il qazandığımız titulda deyil, həm də necə işləmələrindədir.

Onların yanaşması və olduqları insanlar da vacibdir. Onlar həm yaxşı, həm də çətin anlarda mükəmməl bir duetdirlər. Onlar layihəyə inanırlar və hamımız birlikdə irəliləyirik”.

Həmin kateqoriyadan