“Bəzən oyunda istədiyin hər şey yaxşı alınır”

Bu gün “Qarabağ” ölkə kubokunun 1/4 finalının cavab görüşündə səfərdə “Keşlə”ni 6:0 yenərək, növbəti mərhələyə adlayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Çox intizamlı, dinamik oynadılar. Yaxşı oyunla yaxşı qələbə qazandıq. Antalya toplanışında birdirmişdim ki, hər futbolçu əsas heyətdə oynamağa layiqdir. Hər oyunçunun üstünlüyü var.

Hər futbolçudan düzgün istifadə edə bilsək, uğurlu nəticə əldə etmək olar. Belə bol qollu oyunlar il boyu olmur. Bəzən oyunda istədiyin hər şey yaxşı alınır. Bu gün həmin oyunlardan biri idi. İlk hissənin ortalarında “Keşlə” futbolçularında bir az yorğunluq var idi.

Bu da əvvəlki oyunun 70 dəqiqəsini azlıqda oynamaları ilə bağlı idi. Biz bundan daha çox istifadə edə bildik. Digər tərəfdən mən hər futbolçuma güvənirəm. Bu gün onların oyun intizamı, dinamikası tam fərqli idi. İstənilən an hər futbolçunu əsas heyətdə görə bilərik”.

Həmin kateqoriyadan