Böyük Britaniyanın ölkəmizdəki elçisini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov, yanvarın 23-də Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auldunu qəbul edib. Allsport.az saytı xəbər verir ki, qonağa ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Nazir Azərbaycanla Böyük Britaniya arasında hər iki sahədə əlaqələrin uzun illərdir davam etdiyini, bunun ölkələrimiz üçün də faydalı olduğunu bildirib. Səfir Ferqus Auldun səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ataşesi Abbi Mozervel də iştirak edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish