“Bursaspor”un oyunu yenə təxirə salındı

Millimizin üzvü Namiq Ələskərovun çıxış etdiyi “Bursaspor”un Türkiyə 1-ci liqasının 21-ci turunda “Əyyubspor”la bu gün keçirilməli olan matçı yenidən təxirə salınıb.

Allsport.az saytı xəbər verir ki, buna əlverişsiz hava şəraitinin davam etməsi səbəb olub. Görüşün nə vaxt oynanılacağına Türkiyə futbol federasiyası qərar verəcək.

Dünən, güclü qar yağması səbəbindən, 12-ci dəqiqədə, meydan sahibləri 1:0 öndə olarkən, görüş dayandırılıb. Namiq həmin matçın start heyətində yer almışdı.

Həmin kateqoriyadan