Cənubi Azərbaycan derbisində təbrizlilər sevindi, “Traktorsazi” yenə heç-heçə etdi

İran çempionatında 5-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən Təbrizin “Traktorsazi” və “Göstəriş”, eyni zamanda Ənzəlinin “Malavan” klubu da növbəti matçına çıxıb.

“Traktorçular” doğma meydanda “İstiqlal”la qarşılaşıblar və qolsuz heç-heçəyə razılaşıblar. Təbrizin digər komandası – “Göstəriş” isə Cənubi Azərbaycan derbisində “Malavan”la üz-üzə gəlib. Ənzəlidə keçirilən qarşılaşmada qonaqlar – təbrizlilər qələbəni bayram ediblər – 1:0.

Bu nəticələrdən sonra “Traktorsazi” 16 klub arasında 6 xalla 8-ci, “Malavan” 7 xalla 6-cı, “Göstəriş” isə 8 xalla 4-cüdür.

Qeyd edək ki, Cənubi Azərbaycanı İran çempionatında daha bir klub təmsil edir. Bu, Ənzəlinin “Malavan” komandasıdır. Təbrizlilərdən fərqli, ənzəlilər yeni mövsümə daha yaxşı başlayıblar. Son turda doğma meydanda “İstiqlal”ı 2:0 hesabıyla məğlub edən “Malavan” hazırda 6 xalla 5-cidir.

Həmin kateqoriyadan