Güney Azərbaycan klubu İran kubokunun yarımfinalında!

İran Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” klubu da növbəti matçına çıxıb.

Təbrizlilər səfərdə “Saypa” ilə üz-üzə gəliblər. Qarşılaşma “Traktorsazi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, Güney Azərbaycan klubu kubokun yarımfinalına çıxıb.

Qeyd edək ki, 1/2 finalda təbrizlilərin rəqibi Tehranın “Naft” komandası olacaq.

Həmin kateqoriyadan