- Baxış sayı: 27
- 15 Yanvar 2025 22:22
- Baxış sayı: 185
- Yanvar 15, 2025
- 0
Beynəlxalq idman arbitraj məhkəməsi (CAS) “Qarabağ”ın vəzifəsindən kənarlaşdırılan sabiq mətbuat xidməti rəhbəri Nurlan İbrahimovun şikayətini nəzərdən keçirəcək.
Allsport.az saytı xəbər verir ki, o, 2-ci Vətən müharibəsi zamanı öz Feysbuk səhifəsində etdiyi paylaşıma görə, UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılıb.
Lakin o, buna etiraz edərək CAS-a şikayət ərizəsi göndərib. İdman arbitraj məhkəməsinin isə Nurlan İbrahimovun bu şikayətinə baxacağı bildirilib. Məsələ ilə bağlı dinləmə oktyabr 8-də olacaq.
UEFA onu vəzifəsindən kənarlaşdırılmasına nail olmaqla yanaşı, “Qarabağ”ı 100 min avro cərimələyib.