- Baxış sayı: 34
- 23 Mart 2025 13:29
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXIII turunun “Kəpəz” – “Şamaxı” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, nəticədən razı qaldığını deyib:
“Maraqlı alınan oyunda iki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı oynadıq. İkinci hissədə həm orta xəttdə, həm də cinahlarda istənilən kimi çıxış etmədik. Əvəzetmələrimiz hardasa oyuna tam qoşula bilmədilər. Sevindirici hal odur ki, artıq üç turdu çempionatda məğlub olmuruq, xallar qazanırıq. Bu, “Kəpəz” adına hələlik yaxşıdır. Futbolçulardan əsas tələbimiz odur ki, meydançada daha az səhv etsinlər. Rəqibə belə şans verməyək. Çatışmazlıqlar çoxdur, çalışırıq”.