- Baxış sayı: 42
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 165
- Avqust 05, 2026
- 0

Azərbaycan premyer liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, heyətlə bağlı sıxıntılarının olduğunu deyib:
“7-8 tur ərzində ən zəif oyunumuzu keçirdik. Qol vura bilməyəndə avtomatik pis duruma düşürük. İlk yarıda qol vəziyyətlərimiz oldu. Amma dəyərləndirə bilmədik. Deyərdim ki, iki fərqli hissə oldu. İkinci hissə komandanı heç bəyənmədim. Verilən tapşırıqları icra edə bilmədik. Çatışmazlıqları tapıb aradan qaldırmalıyıq”.