- Baxış sayı: 13
- 01 May 2026 21:21
- Baxış sayı: 41
- May 01, 2026
- 0

“Çelsi”nin kapitanı Ris Ceyms klubla olan müqaviləsinin müddətini daha 6 il uzadıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi 2032-ci ilin yayına qədər “Stmeford Bridc”də qalmağa razılıq verib.
Klubun öz yetirməsi olan və 6 yaşından “zadəganlar”ın sistemində yer alan Ceymsin əvvəlki müqaviləsi 2028-ci ildə başa çatırdı.
Ceyms “Çelsi” ilə indiyədək 225 oyuna çıxıb, 16 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.