Corcina ilə 4 uşaq böyüdən Ronaldu: “1000 faiz əminəm ki, toy olacaq”

Portuqaliya millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldu, sevgilisi Corcina ilə toy etmək qərarına gəlib. Allsport.az saytı xəbər verir ki, bunu 37 yaşlı hücumçu özü bəyan edib. O, hələ tarix açıqlamaqda çətinlik çəkib:

“Həmişə ona deyirəm ki, həyatımız da nə vaxtsa nələrsə dəyişəcək. Elə həyatımızın digər hadisələrində olduğu kimi. Corcina da başa düşür. Bir il, yarım il, yoxsa bir ay. Amma 1000 faiz əminəm ki, toy olacaq”.

4 uşaq böyüdən məşhur cütlük əkiz övlad gözləyir.

Həmin kateqoriyadan