- Baxış sayı: 12
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan premyer liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (5:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, matç haqda bunu deyib:
“Vaqif Cavadov və “Sumqayıt”a uğurlar arzulayıram. Komandamı təbrik edirəm. Çox vacib qələbə idi. Zədəlilərimiz çoxdur, ilin sonunda futbolçularda yorğunluq da var. Müdafiədə çatışmazlıqlar var idi. Bu gün də Bədavi Hüseynov ayağında ağrılar hiss etdi. Bütün oyunçularımızın istirahətə tam sağlam yollanmasını istəyirik. Rotasiyalar, yerdəyişmələr etdik. Komanda çox düzgün oyun qurdu. Azarkeşlərimizə təşəkkür edirəm”.