- Baxış sayı: 24
- 23 Yanvar 2025 13:27
- Baxış sayı: 189
- Yanvar 19, 2025
- 0
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç,komandanın Millətlər liqasının “Dördlər finalı”da iştirak edəcək 23 futbolçunun adını açıqlayıb.
Allsport.az xəbər verir ki, Yarımmüdafiəçi Marselo Brozoviç iyunun 11-dən sonra komandaya qoşulacaq.
Xorvatiya iyunun 14-də yarımfinalda Niderland ilə qarşılaşacaq. İkinci finalçı iyunun 15-də İspaniya – İtaliya matçında müəyyənləşəcək.
Final oyunu iyunun 18-də Rotterdamdakı stadionda keçiriləcək. 3-cü yer uğrunda görüş də iyunun 18-də Enşededə baş tutacaq.
Xorvatiya yığmasının heyəti belədir:
Qapıçılar – Dominik Livakoviç, İvitsa İvuşiç, Nedilko Labroviç;
Müdafiəçilər – Domaqoy Vida, Borna Barişiç, Yosip Yuranoviç, Coşko Qvardiol, Borna Sosa, Yosip Stanişiç, Yosip Şutalo, Martin Ertiç;
Yarımmüdafiəçilər – Luka Modriç, Mateo Kovaçiç, Marselo Brozoviç, Mario Paşaliç, Nikola Vlaşiç, Lovro Mayer, Luka İvanuseç, İvan Perişiç;
Hücumçular – Andrey Kramariç, Bruno Petkoviç, Marko Livaya, Petar Musa.