- Baxış sayı: 608
- 20 Noyabr 2026 23:59
- Baxış sayı: 608
- Noyabr 20, 2026
- 0

Azərbaycan cüdo millisi Daşkənddə keçirilən gənclər arasında dünya çempionatının fərdi yarışlarını 3 medalla başa vurub.
Allsport.az xəbər verir ki, təmsilçilərimiz mundialda 1 gümüş və 2 bürünc medal qazanıblar.
Əvvəlcə Davud Namazlı (100 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Ardınca Ramazan Əhmədov (+100 kq) finala vəsiqə qazanaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.
+100 kq çəki dərəcəsində mükafatları qaliblərə Azərbaycan respublikasının gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.